Menu
Geri İrəli

Məhəmməd Əlinin Bakıdakı yas mərasimindən FOTOREPORTAJ — “O öləndə çox ağladım”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2016 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

Dünya şöhrətli boksçu Məhəmməd Əli vəfat etdiyi üçün həmyerlimiz olan Hacı Soltan Buzovna kəndində onun üçün yas mərasimi təşkil edib. Ölkə.Az-ın reportyor qrupu da həmin məclisdə olub.

Məhəmməd Əlinin Buzovnalı “dostu”

Buzovnalı Hacı Soltan Məhəmməd Əli ilə dostluğunu bizə belə şərh etdi: “Onun islamı sevməsi, pak olması, gözəl idmançı olmağı məni ona valeh etdi. Bir növ onun fanatı oldum. Çox araşdırdım, çox maraqlandım onun haqqında. Əlinin haqqında çox məlumat əldə etdiyim üçün dostlarım mənə fikr verdi ki, bəs kitab yazım onun haqqında. 1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim. Əfsanəvi boksçu ilə görüşə gedə bilməsəm də, Məhəmməd Əli mənə öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib. Mən də o şəkillərdən seçib kitaba qoydum”.

Kitabı ona da göndərdim

“Kitab çapdan çıxdıqdan sonra bir nüxsəsini ona da göndərdim dövlət xəttiylə. Daha sonra o kitab üçün mənə təşəkkürünü də bildirib. Onunla görüşə bilmədiyim üçün üzgüəm. Dünya gözüylə bir dəfə belə görə bilmədim. O dünyada, axirətdə görüşmək ümidilə. Kitabda həm də ingiliscə materiallar da yer alıb. Ən azı onun üçün bu kitabı yazaraq öz sevgimi nümayiş etdirdiyimə görə məmnunam. Kaş daha artığını edə biləydim”.

Əlinin ölümünü eşidəndə ağladım

“Əlinin vəziyyətinin kritik olduğunu “Facebook” vasitəsilə öyrəndim. Donub qaldım, əvvəlcə inanmadım. Çünki bir neçə dəfə də onun öldüyü barədə yalan məlumatlar yayılmışdı. İnanmadım yenə. Sonra məlumat dəqiqləşəndə yenə şoka düşdüm. Çünki artıq ümidim üzülmüşdü. Dua etməyə başladım onun üçün. Artıq öldüyünü biləndən sonra isə ağladım, kövrəldim. Onun çox istəyirdim, doğmam kimi sanki. Onun üçün bu gün “Cümə” məscidində xütbə belə oxudum. Onun xatirəsini əziz tutmaq lazımdır”.

Əziz dostum üçün ehsan süfrəsi və yas mərasimi təşkil etdim..

“Əli üçün bu müqəddəs ayda ehsan süfrəsi verməyi özümə borc bildim. Çünki o, vəfat edən kimi dost-tanış hamısı mənə zəng edərək başsağlığı verdi. Mən də belə qənaətə gəldim ki, məclis təşkil edim. Onun xatirəsinə hər kəsi ətrafıma toplayım. Və insanlara Məhəmməd Əlinin qüdrətindən bəhs edərək maarifləndirim”.

Niyam Şirinov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın