Menu
Geri İrəli

Məhkəmədə həbs edilən ana 1 yaşlı körpəsini də məhbəsə apardı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur
Share Button

mehkeme3Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Mansurov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Aytəkin Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

Xatırladaq ki, prokuror hər iki qadına 9 il azadlıqdan məhrum edilmə cəzası tələb edib.

Qeyd edək ki, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Zərərçəkmişlərin şikayəti əsasında hər iki qadın saxlanılıb. Onlardan Samirə Mansurova barəsində həbs qətimkan tədbiri seçilib. Aytəkin Bağırova barəsində isə polis nəzarətində qətimkan tədbiri seçilib.

S.Mansurova istintaq zamanı ifadəsində deyib ki, Xəzər rayonunda yerləşən xəstəxanada həkim işləyib, YAP-ın seçki komissiyasının üzvü olub.

Aytəkin Bağırova ona yaxınlaşaraq vəzifəli şəxslərin qohumu olduğunu deyib. Hətta o ifadəsində vəzifəli şəxslərin adını çəkib. İşə ehtiyacı olan şəxsləri müxtəlif orqanlarda işə düzəltməklə məşğuldur. Mənə deyirdi ki, onun əmisi oğlu yüksək vəzifədə işləyir. Həmçinin, Aytəkin Bağırova özünün Təhsil Nazirliyində işlədiyini və atasının da Ədliyyə Nazirliyində xidmət göstərdiyini bildirib: “Mənə vəd edirdi ki, xarici ölkələrdə səni oxudub, sonra Bakıda diaqnostikaya həkim düzəldəcək. Bunların müqabilində Aytəkin Bağırova məndən işə düzəltmək üçün adamlar tapmağımı istəyirdi. Əlbəttə ki, bunu müəyyən pul və rüşvət qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi”.

S.Mansurova bildirib ki, sonradan A.Bağırovanın adamları aldatmasını görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın