Menu
Geri İrəli

`Mehriban Əliyeva ən layiqli namizəd idi` – Abid Şərifov

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2017 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur
Share Button

abid-sherifovv“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bütün xalqın ürəyindəndir. Çünki Mehriban xanım gördüyü işlərlə Azərbaycan xalqının sevimlisinə çevrilib”.

Bunu AzVision.az-a açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Mehriban xanım Azərbaycanı Avropa ölkələrində geniş surətdə tanıdıb. Həmçinin Azərbaycanda həyata keçirilən bir çox layihələrə rəhbərlik edib. Mehriban xanım bu vəzifəyə ən layiqli namizəd idi. Buna çox sevinirik. Ona işlərində uğurlar arzu edirəm”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Ölkə başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidentini təqdim edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın