Menu
Geri İrəli

“Mən artıq nazir deyiləm, adi vətəndaşam” – Ziya Məmmədov

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 524 dəfə • Şərh yoxdur

ziya2“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

Sumqayitxeber.com xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib. O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: “Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın