Menu
Geri İrəli

“Mən atamla fəxr edirəm” – Şəhid oğlu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2016 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

Şəhid olan pilot, mayor Təbriz Musazadənin oğlu Onur Musazadə atası ilə fəxr etdiyini deyib.

“Mən atamla fəxr edirəm”   -  Şəhid oğlu

“Qafqazinfo”ya danışan O. Musazadə bildirib: “Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar…”

Digər pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə isə belə deyib: “Özü dedi ki, gedib ermənilərin qanını içəcəyəm. Deyirdi o torpaqlar bizimdir. Bunu balaca uşaqlarımıza saxlamalı deyilik. Onunla fəxr edirik. Bütün Azərbaycan onu tanımalıdır.

Urfan mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. Toyumuz Silahlı Qüvvələr günü olub”.

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin yoldaşı Fizzə Mirzəyeva: “Onunla fəxr edirəm”.

Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm xanım: “Fəxr edirəm ki, o cür qayğıkeş bir insanın həyat yoldaşıyam. O, bizi uca zirvələrə qaldırdı. Bütünlüklə vətənə bağlı idi, bütün Azərbaycanın övladı idi”.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın