Menu
Geri İrəli

Mendeleyev cədvəlində yenilik (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

103235Kimyəvi elementlərin dövri cədvəli kimi tanınan, Mendeleyev cədvəlinə daha 4 element əlavə edilib.

ANS PRESS-in məlumatına görə, bu 4 element bir il bundan əvvəl tapılıb. Lakin ekspertlərə müəyyən yoxlamalar aparmaq üçün vaxt tələb olunurdu. Hal-hazırda bu cədvəlin 7-ci sırası tamamilə dolub.

Yeni 113, 115, 117, 118 nömrəli elementlərin hələlik daimi adı yoxdur. 115, 117 və 118 elementləri rusiyalı və amerikalı beynəlxalq tətqiqat qrupu tərəfindən tapılıb.


Mendeleyev cədvəli

Həmin qrup 113 nömrəli elementi də ixtira etdiyini iddia etsə də, bunun əslində yaponiyalı alimlərin kəşfi olduğu təsdiqlənib.
2011-ci ildə Mendeleyev cədvəlində baş verən son dəyişiklik zamanı 114, 116 elementləri əlavə edilib.


Dmitri Mendeleyev – kimyaçı

Bu cədvəli ilk dəfə 1869-cu ildə məşhur rus kimyaçısı Dmitri Mendeleyev qurub. Mendeleyev elementlərin kimyəvi xassələrinin dövr üzrə dəyişməsini əsas tutub bu cədvəli yaratmağa müyəssər oldu.

Zaman keçdikcə yeni elementlər kəşf olunub və cədvələ əlavə edilib. Müasir standart cədvəl 117 elementdən ibarətdir. O, 16 oktyabr 2006-cı ildə təsdiq edilib. Lakin 116-cı elementdən sonra 118-ci element tapılıb. 117-ci elementin yeri boş qalıb.

Standart dövri cədvəldə 18 qrup var. Elelementlərin qruplarda yerləşmələrinin müasir izahı onların xarici energetik səviyyələrində eyni sayda atomun olmasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın