Menu
Geri İrəli

Merkel erası sona çatır, Şults dövrü başlaya bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2017 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

5883e93feafd1c9622db17b4b33b816a“Saqqallı Merkel”in hakimiyyətə gəlmə perspektivi Moskvanı indidən qorxudur

2017-ci ilin sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçiriləcək. Bu gün Avropa Birliyinin lokomotivi rolunu oynayan bu ölkənin siyasi həyatı və seçki öncəsi vəziyyət dünyanın bütün qlobal güclərini maraqlandırır.

Musavat.com xarici mediada əks olunan şərhlərə istinadən Avropanın ən qüdrətli dövlətində hökm sürən siyasi mənzərəni oxuculara təqdim edir.

Almaniya Merkelin dövründə dünya siyasətinə nüfuz etmə baxımından olduqca mühüm nöqtəyə gəlib çatıb.

Lakin almanların bir çoxu kanslerin miqrantlarla bağlı siyasəti ilə razı deyil. Merkelin multikulturalizm siyasəti yerli əhali arasında o dərəcədə qeyri-populyar xarakter alıb ki, hazırda almanların 40%-dən çoxu ölkə tarixinin ən bacarıqlı kanslerindən birinin getməsini arzulayır.

Burada xüsusilə qaçqın düşərgələrində xidmət göstərən 19 yaşlı gənc alman qızının zorlanaraq öldürülməsi xüsusi rezonans doğurub. Bundan başqa, alman vətəndaşları qaçqınlara onların vergiləri ilə xüsusi maliyyə yardımının ayrılmasından narazıdırlar.

Narazılıq o həddə gəlib çatıb ki, Merkelin siyasi müttəfiqi Xristian Sosial İttifaq partiyası ondan üz döndərməyə hazırlaşır. Miqrasiya problemləri ucbatından Merkellə XSİ lideri Horst Zeehofer arasında dərin uçurum yaranıb.

Merkelin partiyasının nüfuzdan düşdüyü federal regionlarda keçirilən seçkilərdə özünü göstərib. Hakim partiya regionlardakı seçkilərin əksəriyyətində əsas rəqibi sosial-demokratlar qarşısında üstünlüklərini itiriblər.

Sosial-demokratlar isə yeni lider Martin Şultsla yenidən hakimiyyətə can atırlar. Hazırda o, Almaniyada ən populyar siyasətçi sayılır.
Əbəs yerə, siyasi ekspertlər Şultsu “sosial-demokratların viaqrası” adlandırmırlar.
Sosial rəy soğrularına əsasən əgər Almaniyada prezident seçkiləri keçirilsəydi Şults 50%, Merkel isə 34% səs toplayardı.

Maraqlıdır ki, keçmişdə alkoqolizmdən müalicə alan, Martin Şultsun heç ali təhsili də yoxdur.

Картинки по запросу martin schulz

Rəqiblərinin də etiraf etdiyi kimi Şults yüksək natiqlik qabiliyyəti, faktları ağıllı şəkildə izah etmə qabiliyyəti ilə seçilir.
“Martin öz dinləyicilərini yoldan çıxarmağı yaxşı bilir. Bu adam rahibə qadını belə monastırdan uzaqlaşdırmağı bacarar”, onu dostu, sosial-demokrat Axim Qrossman qeyd edir.

Şultzun əsas şüarı “Avropanı yenidən böyük edək” dir. Bu Donald Trampın seçkiqabağı şüarı ilə demək olar ki eynidir. Lakin Avropa İttifaqına skeptik yanaşan Trampdan fərqli olaraq Şultz qatı Birlik tərəfdarıdır. Onun xarici siyasəti, xüsusilə Rusiya ilə bağlı neqativ mövqeyi Merkeldən nəinki fərqlənmir, hətta daha artıqdır. Buna görə Almaniyadakı Rusiya tərəfdarları, onu qəzəblə “saqqallı Merkel” adlandırırlar.

Almaniyada siyasi səhnəsinin yeni aktyorlarından biri olaraq Almaniya üçün Alternativ partiyasını qeyd etmək olar. Bu partiya regional seçklrdə boy göstərməyə başlayıb. Onların bir çoxunda 2-3-cü yerləri bölüşdürüb.

Özünü ulramühafizəkar partiya hesab edən bu partiya ilə bağlı əcaib məqamlar var. Belə ki, partiyanın lideri Frauke Petrinin istefasından sonra ona 38 yaşlı Alisa Vaydel rəhbərlik etməyə başlayıb. İşin maraqlı tərəfi Alisa Vaydelin lezbiyan olmasıdır. Gənc siyasətçi uzun müddətlir ki, öz qadın partnyoru ilə birlikdə yaşayır və eynicinsli həyatını heç kimdən gizlətmir.

Картинки по запросу alice weidel

Fransada olduğu kimi, Almaniyada siyasi proseslərə təsir göstərə biləcək ən ciddi faktorlardan biri Rusiyadır.
Yuxarıda qeyd edildiyi kimi Almaniyanın iki əsas qüvvəsi arasında bu məsələdə ciddi fərq müşahidə edilmir.

Xüsusilə Şults Putin rejiminə qarşı aqressiv mövqeyi ilə seçilir.

Məhz Şultsun Avropa parlamentinə sədrliyi dövründə Kremlə yaxın Russia Today və Sputnik kimi qara təbliğat vasitələrinə qarşı xüsusi qətnamə qəbul edilib.Şultz Rusiyanın Avropa Birliyindəki nümayəndəliyinin iki əməkdaşı istisna olmaqla bütün diplomatlarına Avropa parlamentinə girişinə qadağa qoyması ilə də yadda qalıb. Şultzun təşəbbüsü ilə Avropa Parlamenti və Rusya Dövlət Duması arasında bütün kontaktlar kəsilib.

Картинки по запросу martin schultz putin

“Rusiyanın aqressiv hərəkətləri bizim qarşılıqlı hörmət və aşkarlıq kimi Avropa fəlsəfəsi ilə uyğun olmayan dünyaya baxış və konsepsiyaların əksidir”, Şults Deutsche Welle qəzetinə verdiyi müsahibədə bildirərək, Moskvaya qarşı tətbiq edilən sanksiyaların yumşadılmasına qarşı çıxıb.

Deyəsən Almaniya üçü Alternativ partiyasından əlini üzən Putin rejimi özü üçün “iki pisdən nisbətən yaxşısını seçmək” parinsipini əsas götürüb. Angela Merkelin mayın 2-də Moskvaya səfəri bunu göstərir. Moskva heç olmasa bəzi məsələlərdə Avropanın “dəmir lideri” ilə dil tapmağa ümid bəsləyir.

Musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın