Menu
Geri İrəli

“Məşəli İlham Zəkiyevin gətirməsi ciddi mesaj idi”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2015 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur

qenire3“Bundan sonra Avropa Olimpiya Oyunlarının alovu hər zaman Azərbaycandan, Atəşgahdan götürüləcək və inanmıram ki, bugünkü möhtəşəm açılış yaxın illərdə hansısa ölkədə təkrarlansın”.   Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşərkən yazıb. Onun sözlərinə görə, xarici qonaqların heyranlığını görməyə dəyərdi:

“Çoxlu sayda ölkənin prezidenti, baş naziri, hökumət və parlament təmsilçisinin də iştirak etdiyi tədbirdə idmançılarımız dəqiqələrlə ayaqda alqışlandı. İnsanlarımızın ən çox alqışladığı digər ölkə isə qardaş Türkiyə idi və məncə, türklər sözün həqiqi mənasında özlərini vətənlərində hiss etdilər. 16 gün ərzində bütün azarkeşlərimizin onları yüksək səviyyədə dəstəkləyəcəyinə inanıram. Cənab Prezidentimizə, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanıma və bütün əməyi keçənlərə təşəkkür edirəm”.

Millət vəkili bildirib ki, məşəli İlham Zəkiyevin gətirməsi əslində ciddi bir mesaj oldu:   “Məşəli açılış mərasiminə Qarabağ müharibəsində iki gözünü itirmiş qəhrəmanımız, dəfələrlə olimpiya çempionu olmuş İlham Zəkiyev gətirdi və Olimpiya alovunu alovlandırdı. Bu əslində ciddi bir məsaj idi. Bir neçə xarici dostumuz onun gözləri ilə bağlı verdiyi sualın cavabından çox təsirlənmişdi. Hətta onunla bağlı daha geniş məlumat da istədilər. O məşəli açılışa gözlərinin işığını Qarabağda itirən, amma buna rəğmən dünyanın ən tanınmış idmançılarından biri olan İlham bəyin gətirməsi Təşkilat Komitəsinin ən gözəl addımlarından biri idi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın