Menu
Geri İrəli

“Mətanət A” şirkəti İxracat üzrə Koordinator vakansiyanı elan edir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 116 dəfə • Şərh yoxdur
Share Button

isciİşin təsviri

Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;

Xarici bazarların “Mətanət A”Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;

Xarici ölkələrdəki satış imkanların öyrənilməsi;

Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesin nəzarət altında saxlanılması,hesabatının şöbə rəhbərinə təəqdim edilməsi;

Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət,məlumatların şöbə rəhbərinə təqdim edilməsi;

Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;

İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;

Kargüzarlıq,zənglərin geydə alınması və yazışmaların koordinasiyası,şöbə rəhbərinə yardımçı olmaq;

Keçirilən kompaniyaların davamiyyəti,effektivlik və müddətləri haqqında hesabatların hazırlanması,şöbə rəhbərinə təqdim edilməsi;

İstehsalata verilən sifarişlərin icrasının və hazır məhsulun ambarlanmasının koordinasiyası;

Hazır məhsulun ambarına nəzarət saxlanılmasının,satışının və nəqlinin təşkili üzrə Şirkət standartlarının,həmçinin satış şəbəkələrinin,məhsulun istehlakçılara çatdırılması formalarının təkmilləşdirilməsi,nəqliyyat xərclərinin azaldılması,normadan kənar hazır məhsul ehtiyatlarının aşağı salınması üzrə tədbirlərin hazırlanması və tətbiqi.

Əmək haqqı

Əmək haqqı yüksəkdir

Tələblər

Ali təhsil;

Azərbaycan, rus və ingilis dillərini bilən;

Rus və ingilis dillərində beynəlxalq yazışmaları aparmağı bilən;

Ən azı 3 il iş təcrübəsi olan;

Təmkinlilik, etibarlılıq, özünə inamlı;

Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;

Yaş həddi 28-35 dək;

Ofis proqramlarında işləmə bacarığı olmalı.

Qeyd

1. İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

2. Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

3. CV-ləri hr@matanata.com ünvanına göndərin.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın