Menu
Geri İrəli

Mətbuat xidməti rəhbərinin oğlu yol qəzasında öldü – dəhşətli qəza

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 770 dəfə • Şərh yoxdur

qezaBakıda ağır yol qəzası baş verib.

sumqayitxeber.com salamnews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.

Belə ki, yolda hərəkətdə olan “Subaru” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın