Menu
Geri İrəli

Millət vəkili dünya çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2016 • Baxış sayı: 404 dəfə • Şərh yoxdur

adil-aliyev44Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirakı və nəticəsi barədə danışıb.

Qafqazinfo” xəbər verir ki, federasiya rəhbəri yarışın təşkilatçılığından narazılıq edib: “Hər hansı bir yarışa gedəndə döyüşəcəyimiz çəkini və idman növünü seçib ciddi hazırlaşmalıyıq. Mənim çəkim 84 kq-dır. Kikboksinqin ən güclü federasiyası, ən güclü növü VAKO-dur. Orada döyüşərkən idmançı hər gün çəkiyə çıxır. Mənim aydın məsələdir ki, heç nəyə ehtiyacım yoxdur. Bundan sonra nə əldə edəcəm? Əvvəllər cüdo üzrə yarışlara da qatılırdım. Veteranlar arasında döyüşürdüm. Amma bir müddət idmandan uzaq qaldım. Çəkim çox oldu. 91 kq çəkim var idi. Yarışlara qatılmamağın cəzasını çəkdim. Yarışa gəlincə, təşkilatçılıq zəif idi. VTK və VK üzrə döyüşlər olmalı idi. Amma VAKO çox ciddi təşkilatdır. Biz onlarla əməkdaşlıq edirik. Lakin bundan sonra bu cür yarışlara bizim 2-3-cü dərəcəli idmançılarımız gedəcək. Onlar təcrübə toplamaq, yaxşı məşq etmək üçün orada iştirak edə bilərlər. Bir nömrəli döyüşçülərimizin belə yarışlara getməsi düzgün deyil”.

Əliyev İtaliyaya dəvət almasından da danışıb: “Biz bura dəvət almışdıq. Dəvətnamə göndərmişdilər. Bu yarışda təkcə bir növ deyildi. Mən də qərara gəldim ki, qatılım. Məşqlərə başlamışdım. Özümü sınamaq üçün də buna qatıldım. Eyni vaxtda VAKO versiyasının Avropa çempionatı da keçirilirdi. Amma orda çox güclü idmançılar var. Ən azı 6 ay hazırlaşmaq lazımdır. Yarışda da 1 rəqibim oldu. O da rumıniyalı idi. Məğlub etdim və dünya çempionu kimi medal qazandım. Gələn yarışlara da hazırlaşacam. İtaliyada mənə çox dəstək oldular. Azərbaycanın başqa növlərdə döyüşən idmançıları da mənə azarkeşlik etməyə gəlmişdilər”.

Federasiya sahibi yarışa qatılan idmançılarımızın çıxışına da münasibət bildirib: “Bəzi güclü idmançılarımız bu yarışda iştirak etdi. Məsələn, Eduard Məmmədovun çəkisində çox güclü idmançılar var idi. Amerikadan yaxşı bir kikboksinqçi var idi ki, elə Eduardla qarşılaşdı. Amerikalı idmançı idmançımıza qarşı hörmətsizlik də etdi. Eduardın ayağı sürşüşüb yıxıldı və o, yerdə Məmmədovun burnuna vurdu. İdmançımızın burnu sındı, amma mübarizəni davam etdirdi. Hətta həmin rəqibi nakauta saldı. Lakin sonradan yarışa davam edə bilmədi”.

Əliyev bundan öncə belə yarışlara qatılmadığını bildirib: “Bundan öncə belə yarışlara qatılmamışam. VAKO Federasiyası bütün federasiyaları sıxa-sıxa gəlir. Yəqin ki, gələcəkdə daha ciddi olacaq. Bəlkə də yarışlar VAKO üzrə Avropa çempionatı ilə eyni vaxta düşdüyü üçün çox pis keçirilib. Amma mənə deyirdilər ki, bundan öncə yarış çox güclü olub. 125 tatami, 30 rinq olub. Gedib gördük ki, 25 tatami, 3 rinq və 1 səkkizguşə var. Bu ciddi rəqəmdir. Amma bütün bunlara baxmayaraq qeyri-ciddilik var idi. Deyərdim ki, hazırlıq xarakterli yarışlardır. Lakin bundan qabaqkı illərdə bizim bəzi idmançılar yarışlarda nakuta düşüblər. Bəzi çəki dərəcələrində çox ciddi mübarizə var idi”.

Millət vəkili yarışın mükafat məbləği barədə bunları deyib: “Bu yarış peşəkar yarış deyildi. Həvəskarlar arasında keçirilirdi. Mükafat yox idi. Yalnız medal və atribut var idi.”

Elsevər Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın