Menu
Geri İrəli

Millət vəkili: “Son söz icra başçılarınındır”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

1454019297Rayon rəhbərləri müasir tələblərə uyğun formada, təşəbbüskar qismində və ən önəmlisi, prezidentdə dəstək formasında əhalinin indiki vəziyyətinə kömək məqsədilə addımlar atmasalar, bundan sonra prezidentin yerlərdəki nümayəndəsi statusunda çıxış edə bilməyəcəklər.

Bu barədə millət vəkili Çingiz Qənizadə Axar.az-a açıqlamasında deyib. Deputat bildirib ki, dövlət başçısının son müşavirəsindən sonra hər bir regionun icra struktur rəhbərləri başçılıq etdikləri ərazilərə investisiya qoyuluşu ilə əlaqədar hərəkətə keçməlidirlər:

“Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransı o deməkdir ki, rayon rəhbərləri hər bir regionun özünəməxsus infrastrukturuna uyğun təşəbbüskarlıq göstərməli, investisiya qoyuluşu ilə əlaqədar hərəkətə keçməlidirlər. Müəyyən yollar axtarılmalı və əlaqələr qurulmalıdır. İlk növbədə də sahibkarlara şərait yaradılmalıdır. Bunun üçün regionlarda sahibkarlara yerlər ayrılmalı və onlar işçi kütləsi ilə təmin edilməli, istehsal olunan məhsulun satılacağı yerlərlə bağlı işlər sürətləndirilməlidir. Ölkə rəhbəri əslində bildirdi ki, icra strukturları bu işdə ona yardımçı olmalıdırlar. Bu tapşırıq isə sahibkarlığın inkişafı, işsizliyin aradan qalxması, yeni iş yerlərinin açılması deməkdir. Prezidentin son çıxışı o anlama gəlir ki, bundan sonra təşəbbüskar rolunda çıxış edən və investisiya qoyuluşunda aktiv iştirak edən rayon rəhbərləri vəzifələrində qalıb işləyəcəklər. Əks təqdirdə yəqin ki, prezidentin yerlərdəki nümayəndəsi statusunda çıxış edə bilməyəcəklər. Yəni son söz icra başçılarınındır. Hesab edirəm ki, prezidentin bu addımı son dərəcə doğrudur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın