Menu
Geri İrəli

Millət vəkilindən təqdirəlayiq addım – Fədakar həkimə qızılgül buketi yolladı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 1,047 dəfə • Şərh yoxdur

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə avqustun 25-də Sumqayıtda beşinci mərtəbədən yıxılan uşağı xilas etmiş Çiçək Cahangirovaya zəng edib.

Teleqraf.com xəbər verir ki, A.Mirzəzadə Çiçək həkimin beşinci mərtəbənin balkonundan düşən azyaşlı uşağı tutaraq ölümdən xilas etməsi xəbərinin bütün Azərbaycana yayıldığını bildirib: “Bu gün onun telefon nömrəsini taparaq zəng edib təşəkkür etdim, qəhrəmanlığının xalqımıza xas bir hərəkət olduğunu bildirdim. Sonra isə onun iş yerinə minnətdarlıq olaraq bir böyük qırmızı qızılgül buketi göndərdim”.

Qeyd edək ki, məlum hadisə avqustun 25-də günorta saatlarında Sumqayıtda baş verib. Şəhərin Təcili Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.
Qadın güclü zərbədən yerə yıxılsa da, nə o, nə də uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Tibbi Yardım Stansiyasına çatdırıb. Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.

Səxavət

Facebook Şərhləndirmə:

Şərhinizi yazın