Menu
Geri İrəli

MILLİ DAD Qafqazda

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Noyabr 2015 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur

20151120_131149Sumqayitxeber.com xeber verir ki,20 noyabr tarixində Qafqaz universitetdə şirkət nümayəndələrinin tələbələrlə görüşü keçirilib.AYAN MMC nin baş sponsorluğu ilə həyata keçirilən MİLLİ DAD adlı tədbirdə yerli istehsalat şirkətlərinin rəhbərləri cıxış edərək öz məhsulları barədə məlumat verib, daha sonra isə sərgidə həmin məhsullar tələbə və muəllim heyətinə təqdim olunub. Sərgidə AYAN MMC,SİRAB,BADAMLI,VEYSELOĞLU,AZ-GRANATA,AVRORA VƏ ATENA kimi məşhur şirkətlərin məhsulları sərgilənib. Tədbirin həyata keçirilməsində NODEX klubunun könüllüləri də fəal iştirak edib. Yerli istehsalat şirkətlərini bir araya gətirmək,şirkətləri və iş adamlarını tələbələrə tanıtmaq və onlar arasında yeni əlaqələr qurmaq məqsədi daşıyan tədbir məqsədinə uğurla catıb. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir gözəl rəqs səhnələri və konsert proqramı ilə başa çatıb.Tədbirdən fotoları təqdim edirik.

Sevinc Salehqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın