Menu
Geri İrəli

Milli komandamızın futbolçusu “Sumqayıt”a keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2016 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur
Milli komandamızın futbolçusu

“Sumqayıt” futbol klubu növbəti transferini reallaşdırıb. Xeberle.com-un komandanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa klubu millimizin üzvü Rasim Ramaldanovu heyətinə cəlb edib. 30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rasim Ramaldanov “Simurq” (87 oyun, 2 qol) və “Xəzər Lənkəran”da (51 oyun, 1 qol) oynayıb. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.

- See more at: http://www.xeberle.com/az/view/19130/milli-komandamzn-futbolusu-sumqayta-kedi/?#sthash.dRStGFXr.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın