Menu
Geri İrəli

Milli Məclisin eks-spiker müavininin oğlu ağır xəstədir

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 82 dəfə • Şərh yoxdur
Share Button

zakir2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə “Qafqazinfo”ya Z. Zeynalovun xanımı Çimnaz Zeynalova məlumat verib.

Ç. Zeynalova bildirib ki, böyük oğlu Adil Zeynalov 2014-cü ildən “Mila Displastik sindrom” diaqnozu ilə Türkiyənin “Florence Nightinale” xəstəxanasında müalicə alır və ilik transplantasiyası olub.

Xanımı qeyd edib ki, oğlu hazırda ağır vəziyyətdədir:

“Adilin təkrarən illik transplantasiyasına təcili ehtiyacı var. Lakin ailə büdcəmiz bunu həyata keçirməyə imkan vermir. Maddi vəziyyətimizi nəzərə alaraq oğlumun köməyə ehtiyacı var. Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan oğlumuzun xəstəliyinə dəstək olmaqlarını xahiş edirik. İnanırıq ki, minlərlə vətəndaşımıza sahib çıxan Mehriban xanım oğlumun sağalmasında bizə də kömək edəcək”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın