Menu
Geri İrəli

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Bakı Limanında olublar

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2016 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

Oktyabrın 5-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və komitə üzvləri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bakı Limanının baş direktoru Taleh Ziyadov millət vəkillərinə yeni Bakı Limanının inkişaf konsepsiyası haqqında məlumat verib. O, yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.

Daha sonra Milli Məclisin deputatları yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Bundan əlavə əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, eləcə də Bakı Limanında fəaliyyəti göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verilib.

Milli Məclisin deputatı, akademik Z.Səmədzadə yeni Bakı Limanının ölkə başçısının elan etdiyi ciddi islahatlar proqramında mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Ələtdə yeni Bakı Limanı və Azad Ticarət Zonasının yaradılması həm Azərbaycan, həm də regional inkişafa təsir edəcək.

“Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, Ələt qəsəbəsinin sakinləri işlə təmin olunacaq, xidmət və logistika sahəsində çalışan mütəxəssislərə tələbat artacaq. Bütün bunlar Prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin tam mahiyyətini əhatə edərək vətəndaşların sosial rifahına müsbət təsir göstərəcək və dünyada tanınan qlobal şirkətlərin ölkəmizə sərmayə qoymasına səbəb olacaq”, – deyə Z.Səmədzadə vurğulayıb.

1475672016400421489_1000x669 14756720161666339382_1000x669 14756720161672343899_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın