Menu
Geri İrəli

“Mixaylo”nun oğluna yeni vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

Ramil usubovAzərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.

***

Qafqazinfo” xəbər verir ki, Tofiq Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə şəhid olub. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın