Menu
Geri İrəli

MN ermənilərin itkilərinin sayını açıqladı – Rəsmi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 179 dəfə • 1 şərh

Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir.

Bu sözləri Axar.az-ın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib.

Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar:

“Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin, etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”.

Qeyd edək ki, bu gün Rusiya mətbuatına açıqlamasında Qarabağ separatçılarının Moskvadakı “nümayəndəliyi”nin sədrinin məsləhətçisi Arsen Məlik-Şaxnazaryan döyüşlərdə erməni tərəfindən 50 nəfərin öldüyünü, itkin düşən 26 nəfərin meyitinin döyüş bölgəsində qaldığını, 100 nəfərin yaralandığını bildirib.

Facebook Şərhləndirmə:

“MN ermənilərin itkilərinin sayını açıqladı – Rəsmi” yazısına bir cavab

  1. bayramov elesger deyir:

    INSALLAH KOKU KESILER QIRILMISLARIN

Şərhinizi yazın