Menu
Geri İrəli

Mosul İŞİD-dən təmizlənir – Hərbi əməliyyat başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

mosulİraqda Mosul şəhərinin İŞİD terrorçularının nəzarətindən azad edilməsi uğrunda hərbi əməliyyatlara başlanılıb.

AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi dövlət televiziyası vasitəsilə etdiyi açıqlamada bildirib. Hərbi əməliyyatlarda yalnız ordu və polis birliklərinin iştirak etdiyini deyən Baş nazir xalqı hərbçilərlə həmrəylik göstərməyə çağırıb.

Ölkənin ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD terrorçularının nəzarətinə keçib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın