Menu
Geri İrəli

MSK-dan sensasion qərar – Əsədullayevin nəticələri ləğv olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2015 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

cingizBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, MSK-ya müraciət edən 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

MSK üzvü Ramiz İbrahimov deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd edilib: “Bu dairədə bir sıra seçki məntəqələri bələdiyyə binalarında yerləşir, şikayətdə bildirilir ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər. Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var ”.

MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, MSK səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün belə bir qərar verib.

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.

“Qafqazinfo” xəbər verir ki, deputat və bank sahibi Çingiz Əsədullayevin adı Eldar Mahmudovun çetesində hallanmışdı. Bildirilirdi ki, deputatın “Beynəlxalq Bank işi”ndə və maliyyə xəyanətlərində əli olub. Əsədullayev çirkli pulların yuyulmasında da ittiham olunurdu. Belə ki, yayılan məlumatlara görə, Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb. Bu işdə ona “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın