Menu
Geri İrəli

Mübariz Mənsimov azərbaycanlı milyarderdən bu qədər sərvət tələb edir – QALMAQAL

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur
Share Button

mesimov3“Palmali Holding” ikinci dəfə “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco”nu məhkəməyə verməyə hazırlaşır. “APA-Economics” xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında “Palmali Holding”in rəhbəri Mübariz Mənsimov bildirib.
Onun sözlərinə görə, “Palmali Holding” “Litasco”dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: “Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək “Litasco”dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində “Lukoil” bundan qorxuya düşüb və “Litasco”nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır”.
M. Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də “Palmali Holding” və “Litasco” arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, “Palmali Holding” “Litasco”dan 440 mln. dollarlıq gəmi almalı idi. “Lakin “Litasco” müqavilənin şərtlərini pozduğuna görə, “Palmali Holding” 4 mlrd. dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, “Lukoil” qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə “Litasco”nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq “Palmali Holding” bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz “Litasco” ilə yeni müqavilə imzalamamışıq. London Ali Arbitraj Məhkəməsi daxil olan şikayət üzrə 8 ay ərzində araşdırma aparır. Bundan sonra, əgər ortada qanunsuzluq varsa, məhkəmə çəkişməsinin başlanmasına icazə verir”, – deyə iş adamı vurğulayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın