Menu
Geri İrəli

Müdafiə naziri cəbhədə açılış etdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2015 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur

“Bunu bizdən Azərbaycan xalqı gözləyir”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ordu rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edərkən Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb:

“Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir.

acilis11Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu Xəzər dənizində müasir qurğu və avadanlıqlarla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən Prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. O, qeyd etdi ki, ordu günü-gündən inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir.

Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan xalqının və dövlətimizin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artırmaq və xidməti yüksək səviyyədə təşkil etməklə işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir.

Prezidentin birmənalı şəkildə dediyi “Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin” – sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir”.

Daha sonra çıxış edən birlik komandiri general-mayor Hikmət Həsənov göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər. Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın