Menu
Geri İrəli

Müdafiə Nazirliyi: “Erməni silahlı birləşmələri qadağan olunmuş sursatlardan istifadə edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2016 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

139054_res_01Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

Virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

MN-in məlumatında əlavə olunur ki. cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın