Menu
Geri İrəli

Müdafiə Nazirliyi: Ermənilərin hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2016 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur

7f746dc2-175e-4302-b021-957565a59e7f_292“Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçisinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sorğunun cavabında qeyd olunur ki, əslində bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus “Zil-131″ markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var.

“Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır”, – deyə nazirlikdən bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın