Menu
Geri İrəli

Müdafiə Nazirliyindən BƏYANAT: “İşğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2017 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur
Share Button

e5c45487984d70d64f690d016cb89568“Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir”.
Lent.az-ın məlumatına görə, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Nazirliyin saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

“Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab  tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı  qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək” – deyə sənəddə bildirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın