Menu
Geri İrəli

Müəllimlər İnstitutunun Sumqayıt filialının taleyinə aydınlıq gətirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

5eb214cead387abc8dccc1bdfdbf318c“Müəllimlər İnstitutunun Sumqayıt filialının maddi-texniki bazası, professor-müəllim, köməkçi və tələbə heyəti, eyni zamanda hazırda orada mövcud olan kadr hazırlığı üzrə ixtisaslarla birlikdə Sumqayıt Dövlət Universitetinin balansına verilir. Bu isə o deməkdir ki, balansa köçürülmə zamanı müəllimlər də, tələbələr də, köməkçi heyət də bütövlükdə ora keçiriləcək. Bu məsələdə heç bir narahatlığa əsas yoxdur”. Bunu Bunu APA-ya Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. S. Gözəlov bildirib ki, işdən uzaqlaşdırılma ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur: “Bu bir filialın daha böyük ali təhsil müəssisəsinin tərkibinə verilməsidir. Bu zaman tələbələr və müəllimlər üçün də bir sıra üstünlüklər yaranır. Bu üstünlüklər ondan ibarətdir ki, tələbələr diplom alanda dövlət universitetinin diplomunu alacaq. Təbii ki, dövlət universitetinin maliyyə imkanları daha yüksəkdir. Bu da özünü müəllimlərin əmək haqqında göstərəcək. İxtisaslar da saxlanılır. Olmayan ixtisaslara isə 2015-2016 tədris il üçün tələbə qəbulu olub. Növbəti illərdə həmin ixtisaslar üzrə tələbə qəbulu davam etdiriləcək. Yəni burada ixtisasların bağlamasından söhbət getmir. Belə olan halda həmin ixtisasların yuxarı kurslarında təhsil alan tələbələr narahat olmasınlar. Çünki təhsil aldıqları halda yarana biləcək akademik borcların aradan qaldırılması üçün alt qruplara müraciət edib öz akademik borclarını ləğv edəcəklər”. S. Gözəlov qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğv edilməsi 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının” tədbirlər planına uyğundur: “Bu, Azərbaycanda təhsilin daha da təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, məqsəd ali təhsilin keyfiyyətini yüksəltməkdən ibarətdir”. Qeyd edək ki, iyulun 24-də prezident İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsi barədə sərəncam imzalayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın