Menu
Geri İrəli

Mülayim hava noyabrın 11-nə kimi davam edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2016 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

gunes_hava_2Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman qeydə alınacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın