Menu
Geri İrəli

Münsiflərin dördü də Gülşən üçün döndü – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2016 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

gulsen“O səs Türkiyə”nin dünənki buraxılışında daha bir azərbaycanlı iştirakçı münsifləri heyran edib.

sumqayitxeber.com-un axşam.az-a istinadən məlumatına görə, Gülşən İbadova adlı həmyerlimiz İsveçin “Eurovision 2009″ təmsilçisi Malena Ermannın “La Voix” mahnısını səsləndirib. Pop və opera səsini nümayiş etdirən Gülşən bütün münsifləri özünə döndərə bilib. Zalın təkidi ilə o, ifasını təkrar oxuyub.

Daha sonra G.İbadova Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i də səhnədə ifa edib. Həmyerlimiz sonda Gökhan və Hakanın komandasını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə Murad Boz, Hadisə, Sibel Can, Gökhan və Hakan Özoğuz qardaşları oturur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın