Menu
Geri İrəli

Mustafa Ceceli Bakıda biznesmenin oğlunun toyunda – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 146 dəfə • Şərh yoxdur

579999_02Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gəlib.

sumqayitxeber.com qafqazinfo-ya istinadən bildirir ki, sənətçi ötən gün “Boulevard Hotel”də baş tutan nişan mərasiminə qatılıb. Gecədə Murad Arif, Miri Yusif, Ayaz Qasımov da yer alıblar.

Cecelinin toydan görüntüləri sosial şəbəkədə paylaşılıb. O, paytaxtımıza qardaşı Sinan Cecelini də gətirib.

Türkiyəli ulduzun iştirak etdiyi məclisin səbəbkarları Fərrux və Güləndam cütlüyüdür.

Bəy Fərhad adlı azərbaycanlı biznesmenin oğludur. Bundan başqa, cütülüyün nişan və toydakı görüntüləri Cecelinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək.

Qeyd edək ki, müğənni ötən ay da Azərbaycana gəlib. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.

Mustafa Ceceli Bakıda biznesmenin oğlunun toyunda - FOTO

Mustafa Ceceli Bakıda biznesmenin oğlunun toyunda - FOTO

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın