Menu
Geri İrəli

Müştərilər ticarət müəssisəsində kamera görüntülərini tələb edə bilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2017 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur
Share Button

1Bəzən ticarət müəssisəsində hansısa məsələyə görə sahibkar və müştəri arasında mübahisə yaşanır. Müasir dövrdə belə mübahisələrə son qoymağın daha asan yolu var. Bunun üçün mağazada, restoranda və ya başqa ticarət müəssisəsində olan müşahidə kamerasında olan görüntülərə baxmaq yetərli olur. Bəzən isə müəssisə sahibi görüntüləri müştəriyə göstərməkdən imtina edir. Bəs görəsən, bu, necə tənzimlənməlidir?

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür şikayətlər daxil olur.

Xüsusən istehlakçıların əl çantalarına baxılması, çantalarla içəri daxil olmağa qadağanın qoyulması ilə bağlı narazılıqlar var.

“Çox təəssüflər olsun ki, ticarəti tənzimləyən Nazirlər Kabinetinin 94 saylı qərarında və digər sənədlərdə bu məsələlər həllini tapmayıb. Ticarət zallarında bu kimi məsələlər heç bir sənəddə öz əksini tapmayıb. Onu da qeyd edək ki, istehlakçı narazı olduğu xidmətə və dəqiqləşdirməyə görə kamera görüntüsü tələb edə bilər.

Lakin kommersiya qurumu videogörüntünü göstərməmək hüququna malikdir. Bütün hallarda kameralara məcburi baxış polis tərəfindən həyata keçirilə bilər. Dövlət orqanları tərəfindən istehlakçının istəyinə uyğun olaraq sahibkarın kamera görüntülərini istehlakçıya göstərməsi qanunvericilikdə öz əksini tapmayıb”.

O  bildirib ki, istehlakçı belə hallarla bağlı çətinlik çəkdikdə polisə müraciət etməlidir.

“Sahibkarın istehlakçıya kamera göstərməsi məcburiyyət kimi qoyulmayıb. İstehlakçı xahişi əsasında görüntü göstərilə bilər. Əgər sahibkar göstərməkdən imtina edərsə, istehlakçı polisə müraciət edərək hüququnu təmin etməlidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın