Menu
Geri İrəli

Namiq Məna sədr seçilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2017 • Baxış sayı: 1,264 dəfə • Şərh yoxdur
Share Button

namiq menaTanınmış bədihə (meyxana) ustası Namiq Məna sədr seçilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.

Yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub.

O, ədəbi ictimaiyyətə təqdim olunub.

Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Xeberle.com-a təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.

Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində fəhlə ailəsində anadan olub.

12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Kino Aktyorluq fakültəsini bitirib.

O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb. xeberle.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın