Menu
Geri İrəli

Nazir müavinləri ixtisar olunacaq – İslahat qapıda

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

1493372808-1785Hökümərdə aparılacaq struktur islahatları Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Qəzet iddia edir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib.

Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə maksimim iki müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.

Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcək”. Ən böyük “şişmə”nin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.

İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın