Menu
Geri İrəli

Nazir oğluna yeni vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2015 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin (“ABB-Moskva”) Müşahidə Şurasının tərkibi açıqlanıb.

“APA-Economics”in xəbərinə görə, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M. Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir.

Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F. İslamov ABB-nin baş direktoru, M. Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.

Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q. Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub. Əlavə edək ki, E. Həbibullayev hazırda ABB-nin baş direktorudur.

Qeyd edək ki, Murad Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır.

Murad Şirəliyev 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub.

1994-1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb.
2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə magistr təhsili alıb, həm də fərqlənmə diplomu ilə.

Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Bir sıra elmi məqələlərin müəllifi olan nazir oğlu əmək fəaliyyətinə 1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən isə bank sektoruna işə düzələn M.Şirəliyev “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü olub. 2005-ci ildə o, “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın