Menu
Geri İrəli

Nazir oğlunun radiosu bağlandı – Azərbaycanda

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2016 • Baxış sayı: 808 dəfə • Şərh yoxdur

anar-mamedov-640000Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb.

Qafqazinfo” xəbər verir ki, bu haqda radionun əməkdaşları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə radio bu gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri haqda heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov idi. Radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E. Baimov tərəfindən təkzib olunurdu.

 

Nazir oğlunun radiosu bağlandı -  Azərbaycanda
Nazir oğlunun radiosu bağlandı -  Azərbaycanda

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın