Menu
Geri İrəli

Nazir Yavər Camalovun oğlu Türkiyədə dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2017 • Baxış sayı: 139 dəfə • Şərh yoxdur
Share Button

yaverXəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.

“Qafqazinfo” nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R. Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.

44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.

Ailəlidir.

***

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

Bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək.

Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın