Menu
Geri İrəli

Nazirdən sahibkarlara şad xəbər – Faizlər enir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2015 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

14377192322015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub, ölkə iqtisadiyyatına 12,7 mlrd. manat həcmində investisiya qoyulub.

Axar.az xəbər verir ki, bunu ötən gün İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən geniş Kollegiya iclasında nazir Şahin Mustafayev deyib. Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında 2015-ci ilin birinci yarısında sahibkarlara 97 mln. manat həcmində güzəştli kreditlər verildiyi, sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim edildiyi də diqqətə çatdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın