Menu
Geri İrəli

Nazirlikdən əsgərin əsir düşməsi xəbəri haqda – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2017 • Baxış sayı: 547 dəfə • Şərh yoxdur

mudafie-nazirliyi-ess2Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya, təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Xatırladaq ki, erməni tərəfi adıçəkilən əsgərin əsir düşməsi haqda məlumat yaymışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın