Menu
Geri İrəli

Nazirlikdən səyahət edənlərə xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2016 • Baxış sayı: 169 dəfə • Şərh yoxdur

turisti-in-italia

Mənəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.

Nazirlik əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və buda vətəndaşlarda çaşqınlıq yaradır.

Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:

• turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;

• səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

• Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.

Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur.

turizm vauçeri – turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın