Menu
Geri İrəli

Nəcməddin Sadıkovun oğlu işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2016 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

ac9bcbd281fa9e376792b58092720355Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Lent.az “Report”a istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqoku vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə “Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil” deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın