Menu
Geri İrəli

Neft bahalaşacaqmı? – Dünyanı düşündürən sual

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

neft4OPEC-in sentyabrın 26-28-də Əlcəzairdə Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilən qeyri-formal sammitində neft hasilatının bu ilin noyabr ayından etibarən azaldılmasına dair qərar verilib

OPEC üzvləri hasilatı 33,2 mln. barel/gündən 32,5-33 mln. barel/günə qədər azaltmağı planlaşdırır.

Neft hasilatının azalması qiymət artımına təsir edəcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü, deputat Vahid Əhmədov AzVision.az-a bildirib ki, əgər hasilatda azalma baş verərsə, neftin qiymətində artım olacaq.

“Bu anlaşmaya əməl edilərsə, nəticələr yaxşı olacaq. Lakin İran kimi əsas neft ixracatçısı olan dövlət buna qoşulmadı. Ola bilər ki, neftin qiymətində ciddi artım olmasın. Ümumiyyətlə, Azərbaycanda neftin 40-50 dollar səviyyəsində qalacağını gözləyirəm, ciddi artım qeydə alınmayacaq. Çünki neftin qiyməti iqtisadi məsələlərdən daha çox siyasi məsələlərdən asılıdır. Bir sıra dövlətlər qiymətin aşağı səviyyədə qalmasında maraqlıdır”.

V.Əhmədov qeyd edib ki, Azərbaycan neftinin qiyməti bahalaşması ölkə üçün əhəmiyyətldir: “Çünki əsas ixrac məhsulumuz neftdir. Düzdür, yavaş-yavaş qeyri-neft məhsullarının ixracını artırmağa çalışırıq, amma Azərbaycan üçün neftin qiymətinin 60-70 dollar olması əhəmiyyətlidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın