Menu
Geri İrəli

“Neft Daşları”nda faciə: neftçilər itkin düşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2015 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

ede32c502b2ede1d11a5fc74c5edf59dHadisəyə güclü tufan səbəb olub

Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. Lent.az SOCAR-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verib.

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın