Menu
Geri İrəli

“Neft ucuzlaşmağa davam etsə…” – 2-ci devalvasiya proqnozu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2015 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

dollar2“Azərbaycanda yenidən devalvasiya ola bilər. Ümumiyyətlə devalvasiya məsələsi gündəmdən çıxmayıb, bu gün real olaraq qalır”.

Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Ekspertin sözlərinə görə, devalvasiyanın nə zaman olacağını dəqiq demək mümkün deyil: “Azərbaycan manatı iki amildən asılıdır. Bunlardan biri neftdir. Ötən gün neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Halbuki, bir ay öncə neftin qiyməti 60 dollardan yuxarı idi. Neft ucuzlaşdıqca manata təzyiq artır.

Son bir ayda olan vəziyyət manatın əleyhinə işləyir. Mart ayından başlayaraq iyula kimi neftin qiyməti 60-70 dollar arasında dəyişirdi. Bu, manat üçün hardasa sabitlik təmin edirdi”.

S.Əliyev hesab edir ki, manat üçün narahatlıq doğuran ikinci amil kapital axınıdır.

“Rusiya, Türkiyə, Yunanıstan kimi ölkələrdə daşınmaz əmlakın ucuzlaşması səbəbindən insanlar pullarını bu ölkələrə yönəldirlər və orada daşınmaz əmlak alırlar. Bu vasitə ilə kapital ölkədən çıxır, bir də biznesmenlər yoxlamaların fonunda öz kapitalını ölkədən çıxarırlar. Odur ki, ölkənin valyuta ehtiyatında azalma hiss olunur. Bu baxımdan neftin qiymətinin ucuzlaşması və kapital axını milli valyuta üçün əsas təhlükədir”.

Ekspertin fikrincə, dövlət ilin sonuna kimi ikinci devalvasiyanın olmaması üçün çalışır: “Kapital axını və neftin qiyməti ucuzlaşmaqda davam edərsə, devalvasiyaya gedilə bilər. Vəziyyət çətinləşərsə, yumşaq devalvasiya baş tutacaq. Vəziyyət lap pisləşərsə, kəskin devalvasiya gedə bilər. Hansı ki, biz fevral ayında bunun şahidi olduq. Əgər kəskin devalvasiya olarsa, bu, 15-20 faiz gözlənilir. Kapital axını və neftin qiyməti manatın əleyhinə işləməzsə, manat ilin sonuna kimi indiki səviyyədə qalacaq. Əgər sadalanan amillərdən biri güclənərsə, bu halda hökumət devalvasiyaya getmək məcburiyyətində qalacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın