Menu
Geri İrəli

Neftin qiymətində mühüm dəyişiklik – 57 dolları keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2016 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

neft4Dünya birjalarında neft kəskin bahalaşıb.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.

Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın