Menu
Geri İrəli

Neftin və dolların bu günə qiyməti

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2016 • Baxış sayı: 110 dəfə • Şərh yoxdur

Dünya birjalarında həftəyə bahalaşma ilə başlayan neftin qiymətində geriləmə olub. ANS PRESS-in məlumatına görə, cüzi ucuzlaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti bahalaşaraq 39.54 dollar təşkil edib.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.72 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti ucuzlaşaraq 41,19 dollar təşkil edib.

Dünya bazarında 30.03.16 tarixində neftin qiyməti

Dünya bazarında 30.03.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,96 dollar olub. Platinin 1 qramı 31,00 dollar, palladiumun 1 qramı isə 18,49 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0,49 dollar müəyyənləşib.

Dünya bazarında 30.03.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 30.03.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 29.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5737 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7611 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0229 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.24 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5483 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi

Valyutanın məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 30.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5586 səviyyəsində müəyyən olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın