Menu
Geri İrəli

Nənə nəvəsini rayona aparmaq üçün icazə almalıdır -YENİ QAYDA

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2017 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur
Share Button

neneneveBakıdan ölkənin digər bölgələrinə yaxınlarının övladları ilə getmək istəyən sərnişinlər uşaqlar üçün etibarnamə almalı olacaq.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sevinc Qədirova Metbuat.az-a açıqlamasında deyib: “Artıq 10 gündür ki, bu qayda tətbiq olunur. Valideyn övladını nənəsi ilə rayona göndərirsə, ata və ya ana bununla bağlı etibarnamə sənədi hazırlamalıdır. Bu yeniliyin tətbiq edilməsinə səbəb uşaqların təhlükəsizliyini təmin etməkdir.

Son vaxtlar ölkədə boşanmalar artıb. Bu zaman həmin ailələrdə olan uşaqların valideynlərdən xəbərsiz aparılması problemə çevrilir. Həm bu problemlər, həm də uşaqların qaçırılması kimi halların qarşısını almaq üçün bu addım atılıb. Düzdür, bu cür hallarla bağlı bizə müraciət daxil olmayıb, lakin profilaktik tədbirlər məqsədilə belə bir addım atmışıq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın