Menu
Geri İrəli

“Nənələr” qrupunun üzvlərindən biri dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2015 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

629f3228b6840995ecb125ad7f3c963d maxresdefault“Nənələr” folklor qrupunun üzvlərindən biri dünyasını dəyişdi

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın