Menu
Geri İrəli

Novxanı çimərliyində qadını döydülər

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 1,755 dəfə • Şərh yoxdur
Share Button
1500632637_dgdgBakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib.
Lent.az xəbər verir ki, çimərlikdə istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb.
Qadın bildirib ki, həmin şəxs onu başqa insanların gözü qarşısında xuliqanlıq zəminində döyüb.
C.Rzayevanın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın