Menu
Geri İrəli

Noyabrın son gününün HAVA PROQNOZU

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2017 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur
Share Button

havaNoyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 7-11°, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın