Menu
Geri İrəli

`O və Sumqayıt` layihəsində ilk görüş baş tutdu

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2016 • Baxış sayı: 331 dəfə • 1 şərh

6767Sumqayıtda şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə “O və Sumqayıt” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti Füzuli Hüseynovla Ə.Kərim adına Poeziya Evində tamaşaçıların görüşü keçirilib. Görüşə Füzuli Hüseynovuin sənət dostları Əməkdar artist, sevimli aktrisa Sənubər İsgəndərli və aktyor Məmməd Verdiyev də qatılıblar.

Görüşün təşkilatçısı “O və Sumqayıt” layihəsinin rəhbəri Arif Vəliyev, aparıcısı isə telejurnalist Nigar İsmayılqızı olub.

Görüşdən əvvəl qonaqlar yeni salınan şəhər bulvarı, Sumqayıt Dövlət Dram Teatrı və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Şəhərdə olan yeniliklər qonaqların böyük marağına səbəb olub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayıb, onlara xoş arzularını çatdırıb. İdarə rəisi son bir ildə şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Sumqayıtın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, biz bu etimadı doğrultmalı, şəhərin mədəni həyatında yüksək səviyyəli tədbirlərlə sözün əsl mənasında bir canlanma yaratmalıyıq: “Bu mənada, ölkəmizin tanınmış sənətkarlarının şəhərimizə gəlişi bizim üçün böyük fəxrdir və inanırıq ki, belə görüşlərin sayı daha çox olacaq və sənət adamlarımız Sumqayıtı daha yaxından tanıya biləcəklər”.

Görüşdə çıxış edən Əməkdar artist Füzuli Hüseynov ona və qonaqlarına göstərilən xoş münasibətdən razilığını bildirib. O, Sumqayıtda dəfələrlə olduğunu qeyd edərək vurğulayıb ki, “Mən indi tamam başqa bir Sumqayıt gördüm. Şəhər yaxşı mənada çox dəyişib və şəhəri gəzdikcə, daha yaxından tanış olduqca Sənubər xanımla danışırdıq ki, köçüb burada yaşayaq. Həm gözəl, həm çox sakit şəhəriniz var”.

Daha sonra aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında danışıb, tamaşaçıların suallını cavablandırıb.
Əməkdar artist, aktrisa Sənubər İsgəndərli və aktyor Məmməd Verdiyev Füzuli Hüseynovla bağlı xatirələrini bölüşüb, onun şəxsi keyfiyyətlərindən, dostluq münasibətlərindən söhbət açıbıar.

Telejurnalist Nigar İsmayılqızının aparıcılığı ilə səmimi keçən görüşdə aktyorun “Spartak” obrazını canlandırdığı “Təhminə” filmindən fraqmentlər nümayiş olunub, S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında klassik musiqi nömrələri səslənib.

Görüşün sonunda gənc rəssam Nəsimi Əliyev Füzuli Hüseynovun canlı performansla çəkdiyi portretini aktyora təqdim edib.

`O və Sumqayıt` layihəsində ilk görüş baş tutdu

 

`O və Sumqayıt` layihəsində ilk görüş baş tutdu

 

`O və Sumqayıt` layihəsində ilk görüş baş tutdu
Facebook Şərhləndirmə:

“`O və Sumqayıt` layihəsində ilk görüş baş tutdu” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Çox maraqlı ideya, gözəl təşəbbüsdür. Sağ olsun şəhərimizin Poeziya evi üçün belə unikal, gözəl şərait yaratmış Sumqayıt şəhər İcra hakimiyyətinin hörmətli başçısı Zakir müəllim Fərəcov! Təşkilatçılara – Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, Ə.Kərim adına Poeziya Evinin rəhbərliyinə də təşəkkürlər!

Şərhinizi yazın